Yeni: WhatsApp zəngləri artıq Telvo-da. Müştəriləriniz WhatsApp-dan zəng edir, AI cavab verir.Ətraflı bax

AI resepsionist nədir və necə işləyir?

Səsli AI zəngi açır, sualı başa düşür və sifarişi yazır. Arxada nə baş verdiyini sadə dillə izah edirik.

Telvo komandası5 dəq oxu
Kafedə qulaqcıqla işləyən komanda

Zəng necə cavablanır

Müştəri zəng edəndə AI səsi mətnə çevirir, sualın mənasını anlayır və sizin bilik bazanıza əsasən cavab hazırlayır. Cavab yenidən təbii səsə çevrilir və müştəriyə deyilir.

Bilik bazası nədir

Menyu, qiymətlər, iş saatı, ünvan və tez-tez verilən suallar — AI-ın bildiyi hər şey buradadır. AI cavab verə bilmədiyi sualı işarələyir, siz cavabı bir dəfə yazırsınız və növbəti zəngdə AI özü cavab verir.

İnsan nə vaxt lazımdır

Mürəkkəb şikayət və ya xüsusi sorğuda müştəri "0"-a basır və zəng əməkdaşınıza ötürülür. AI rutin zəngləri götürür, komanda isə vacib işə vaxt ayırır.

Nə qədər vaxta qurulur

Əməkdaşlarımız nömrənizi qoşur, siz biznes məlumatlarını əlavə edirsiniz. Telvo adətən bir gündə işə düşür və 14 gün pulsuz sınaya bilərsiniz.